17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib
Siyasət 1.07.2021 726

Milli Məclisin deputatı Səbinə Xasayeva

Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

 

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı  fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Qəbulda iştirak edən vətəndaşlardan Səfurə Ağamuradova, Arifə Orucova, Tahirə Məmmədova, Gülsabah Məsimova, Esmira Rəhimova, Cavid Rüstəmov, Zaur Məmmədrzayev, Muxtar Məhərrəmov, Akif Dadaşov, Şahin Həsənov və Ağaverdi Məmmədrzayev qəsəbədə müvafiq hüquqmüəyyənedici  sənədlər olmadan inşa edilmiş fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və təmir edilməsinin, əhalinin asudə vaxtının səmərəli keçirməsi üçün abad məhəllələrin yaradılmasının, gənclər arasında sürətlə artmaqda olan narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsi üçün hüquq mühafizə orqanları tərəfindən müntəzəm olaraq monitorinq və reydlərin keçirilməsinin, bu sahədə gənclər arasında aparılan profilaktika işlərinin yaxşılaşdırılması üçün ictimaiyyətin nüfuzlu şəxslərinin təsir gücünün artırılmasının, gənclər təşkilatlarının və yerli icra orqanlarının qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasının, qəsəbədə formalaşan tullantı sularının kənarlaşdırılması məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının və kanalizasiya şəbəkəsinin inşasının başlanılmasının,  aptek üçün münasib bina və ya torpaq sahəsinin ayrılmasının, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı“ nın  Əlavə Tədbirlər planına əsasən Gənclər və İdman  Nazirliyinin sifarişi ilə Puta qəsəbəsində 2013-ci ildən tikintisinə başlanılmış və 2015-ci ildən etibarən maliyyə vəsaitinin ayrılmaması səbəbindən tikinti işləri yarımçıq qalmış mini futbol meydançasının  və idman  zalının tikintisinin başa çatdırılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, əhalinin sosial təminatının və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon  Puta bələdiyyəsinin sədri Emin Ramazanlı və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Anar Umudov iştirak ediblər. 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin