17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Anar Kərimov Kuba səfiri ilə görüşüb
Mədəniyyət 26.06.2021 559

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 25-də Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüş keçirib.
Qonağı salamlayan nazir Anar Kərimov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bunun üçün əlverişli imkanların olduğunu qeyd edib. 
Görüş zamanı iki ölkə arasında  mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin, tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo Azərbaycan və Kuba arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib. Mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdıran diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. 
Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin