17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Azərbaycanın mövqeyi çox açıq və aydındır" - Dövlət başçısı
Siyasət 25.06.2021 1 369

"Xoş gəlmisiniz. Avropa İttifaqından belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın, Avropa İttifaqı və onun üzvlərinin regional məsələlərə cəlb olunmasının yaxşı göstəricisidir. Bilirsiniz ki, bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur. Azərbaycan bir çox ölkə ilə, 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Düşünürəm ki, bu, bizim ölkəmizin çox böyük nailiyyətidir. Çünki, bu, üzv ölkələrin üçdəbirini təşkil edir və onu göstərir ki, əməkdaşlığın çərçivəsi həqiqətən çox genişdir, qarşılıqlı maraq, qarşılıqlı əhəmiyyət kəsb edən çox sahələri əhatə edir".

OPERATİV24.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

"Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır", - dövlət başçısı bildirib.






Starxeber Bizi instagramda izləyin