17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycan beynəlxalq konfransda iştirak edib
Mədəniyyət 24.06.2021 280

İyunun 20-dən 23-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Rəqəmsal əsrdə kitab” mövzusunda konfransı keçirilib. Konfransda Rusiya, Belarus, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nümayəndələr iştirak edib.
Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı İslam Hüseynov təmsil edib.
Konfrans iştirakçıları ilk gün Alıkul Osmonov adına Bişkek Milli Kitabxanası ilə tanış olublar. Növbəti gün elmi-praktik konfrans öz işini Karakol şəhərində İssık-kul (İsti köl) gölünün sahilində davam etdirib.
İslam Hüseynov iyunun 22-də “Pandemiya dövründə oxu” mövzulu məruzəsində qeyd edib ki, rəqəmsal kitabxanalar istifadəçilərə ənənəvi olaraq kitabların çap şəklində saxlanılması əvəzinə elektron obyektlərə və ya rəqəmsal formaya daha çox diqqət ayırmaqla istədikləri məlumatları əldə etməyə, şəbəkələrə qoşulmuş fərdi kompüterlər vasitəsilə paylaşılmış məlumatlarla səmərəli qarşılıqlı əlaqə qurmağa imkan verir. Burada məlumatlar rəqəmsal formada saxlanılır, rabitə şəbəkələrinə qoşulmaqla oxucu və tədqiqatçılara lazımlı materialları – qəzet, jurnal məqalələrini, kitabları, digər faylları, şəkilləri, səsyazmaları və videomaterialları tapmaq, çap etmək və şəxsi kompüterlərinə yükləmək üçün əlverişli şərait yaradılır.
Nazirliyin nümayəndəsi çıxışının sonunda qısa zaman ərzində informasiya texnologiyalarından müntəzəm və effektiv istifadə edərək rəqəmsal dünyanın nizamları çərçivəsində sürətli inkişafa nail olan insan üçün artıq kompüter istifadəçisi deyil, “rəqəmsal vətəndaş” termininin daha çox aktual olacağını vurğulayıb.    
Tədbirdə fəal iştirakına görə İslam Hüseynova Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Oljobayev Kayrat İmanaliyeviç tərəfindən sertifikat təqdim edilib.
OPERATİV24.AZ 






Starxeber Bizi instagramda izləyin