17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir
Sosial 22.06.2021 192

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir


Bu bir həqiqətdir ki, dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır. Artıq dekabrdan dünyanın əksəriyyət ölkəsində COVID-19 əleyhinə peyvəndləmə aparılır. 


Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən “COVID-19” virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Bunun real keys olmasının səbəbi, zənnimcə konspiraloji nəzəriyyələrin mövcudluğudur. Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərinin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.


Pandemiya ilə uğurlu və çevik mübarizə siyasəti Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Bu gün Azərbaycanda əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Ümumiyyətlə, hər zaman yoluxucu xəstəliklər zamanı yeganə xilas peyvənd olub. Hətta əsrlərin təcrübəsi “peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir” reallığını yaradıb. Təsadüfi deyil ki, 1916-1920-ci illərdə 2 milyardlıq dünya əhalisinin 30 faizi ispan qripinə yoluxmuş, bu təhlükəli virus 50 milyon insanın ölümünə səbəb olmuşdu. Bu rəqəm birinci Dünya müharibəsində həlak olan insanların sayından çoxdur.


Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Bu ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi ilə başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Proses genişləndikdən sonra ölkədə vəziyyətin daha da yaxşılaşacağına ümidlər çoxdur. Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində ölkədə aparılan vaksinləmə prosesindən danışarkən həyata keçirilən işləri müsbət qiymətləndirib. Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda vaksinasiyaya start verən ilk ölkə olduğunu qeyd edib: “Eyni zamanda yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax dediyim bu səbəblərə görə. Eyni zamanda biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”.

Unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Məhz bu zaman mövcud vəziyyəti olduğu kimi saxlaya bilərik.


Xudaverdiyeva Kəmalə Faiq qızı,

Ümumi cərrah “Vimay -Med.Tibb” müəssəsinin baş həkimi 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin