17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Niyam 5 min cərimələnməsindən danışdı: "Toydan xəbərim olmayıb"
Maqazin 22.06.2021 406

"Restoran işi çətindir. İnsan evində belə qonaq qarşılayanda bir salat hazırlamaq problem olur. Restorana isə hər gün başqa ailələr, insanlar gəlir. Həm də məkanımda içki də verilmir. Sumqayıt şəhərində olan "Salami" restoranını əziyyətlə qurmuşam. Amma mən durub banket yazmaq, başqa işləri etmirəm. Orada işçi yazır. İnanmıram ki, ona da toy adı ilə yazılsınlar".

Operativ24.Az  xəbər verir ki, bu sözləri müğənni Niyam Salami deyib. Restoranında karantin qaydalarını pozaraq toy edən sənətçi 5 min manat cərimələnməsindən danışıb. Açıqlama yayan Niyam bildirib ki, toydan xəbərsiz olub:

"İndi restoranlar işləyir və insanlar zəng vurub yazılır. Buna mən cavabdeh deyiləm. Cavabdeh şəxs var idi. Onun da xəbəri olmayıb. Biz bilməmişik orada toy olub. Gəlin-bəy yox idi. Adi insanlar belə ziyafət paltarı geyinir. Mənə dedilər ki, belə hadisə olub. 5001 manat cərimə ödədim.

Həmin gün pulum yox idi. Pul qazanmaq üçün birinci iş görmək lazımdır. Hələ mən iş görürəm. Hüquq mühafizə orqanlarına təşəkkür edirəm ki, məni digərlərindən ayırmadılar.

Məni sıxışdıran digər restoran sahibləridir. Gələn qonaqlarıma qəsdən pis baxırlar. Oraya pulla götürdükləri adamları göndərirlər".

Qeyd edək ki, ötən həftə sənətçiyə məxsus iki restoranda əməliyyat keçirilib. Belə ki, şənbə günü onun Sumqayıtda yerləşən obyektində toy keçirildiyi ortaya çıxıb və sənətçi 5 min manat cərimələnib.
Bir neçə gün əvvəl isə  Daxili İşlər Nazirliyi və  Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən onun Novxanıdakı restoranında reyd aparılıb.

Monitorinq zamanı qanunvericilik tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimə edilib.






Starxeber Bizi instagramda izləyin