17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilmişdir
Sosial 17.06.2021 238

Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilmişdir


16 iyun tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçirilmişdir. 

Türkiyə və Azərbaycan Prezidentlərinin tarixi Şuşa səfərindən sonra Forum şanlı Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunmuşdur. 

Forum zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Eminoğlu, Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə və Elnur Ələkbərov, bir sıra aparıcı gənclər təşkilatlarının rəhbərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı zəfərdə Türkiyə rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin əhəmiyyətindən və post-münaqişə dövründə əməkdaşlıq imkanlarından danışdılar. Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin gənclər sahəsində də müxtəlif layihə və proqramlarla daha da möhkəmləndirilməsi ilə bağlı təkliflərini səsləndirdilər. 

Tarixin çətin anlarında Azərbaycan və Türkiyənin biri-birilərinin yanında olduqlarını vurğulayan çıxışçılar, xalqımızın Vətən müharibəsindəki qələbəsinin həm Azərbaycan, həm də Türkiyə gəncləri arasında böyük bir milli coşqu ilə qarşılandığı qeyd edildi. 

Forumda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsinə görə iki ölkənin dövlət başçılarına təşəkkür edilmiş, Azərbaycan-Türkiyə gəncləri tərəfindən qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda perspektivlər və müasir çağırışlara cavab verən işlərin ortaya qoyulmasının vacibliyi qeyd olunmuşdur. 

Ötən gün iki dövlət başçısının Şuşa şəhərində görüşünə və ölkələrimiz arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasına toxunan natiqlər bununla bir milləti təmsil edən iki dövlətin qardaşlıq bağlarının daha da möhkəmləndiyini vurğulamışlar. Onlar bəyannamədə də qeyd edildiyi kimi, gənclərimiz arasında əlaqələrin daha da inkişaf etdirilib dərinləşdirilməsi, əməkdaşlıq potensialının birləşdirilməsi naminə bütün səylərini səfərbər edəcəklərini bəyan etmişlər.

Həmçinin, Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gəncləri bundan sonra da birgə və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərəcəklər.  

Foruma Eskişəhər və Gəncə şəhərlərindən onlayn olaraq qoşulan fəal gənclərin səsləndirdikləri Yunus Əmrənin və Nizami Gəncəvinin əsərləri, eləcə də əməkdar artist  Zaur Əmiraslanovun  “Çırpınırdı Qaradəniz” ifası Forum iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

1000-ə yaxın iştirakçı ilə hibrid şəkildə təşkil edilən Forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr və fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilər “Qarabağ zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı və türkiyəli qalibləri, eləcə də Türkiyənin 81 vilayətində yerləşən TÜGVA-nın nümayəndələri tədbirə canlı və onlayn şəkildə qatılmışlar. Operativ24.az 






Azərbaycan Respublikasının

Gənclər Fondu






Starxeber Bizi instagramda izləyin