17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 14.06.2021 751

Nicat Rəhimov Kriminal, Komediya janrında olan yeni filimdə ciddi obraz kimi baş rola çəkilib.


Film proyekti 2021-ci ilin may ayından start götürmüşdür, çəkilişləri 3 gün davam edən yeni filmin adı  Faberje-dir, Nicat Rəhimov baş rolda Rəhim adlı ciddi bir obrazı canlandırıb.
Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmağı bacaran Nicat Rəhimov kimdir?
Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib.  2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, 2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.  2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olmuşdur, sonra "Bozbash Pictures" layihəsində rol almışdır. Bozbash Pictures layihəsində canlandırdığı Şirin obrazının öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib. 2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərmiş və Sərvər obrazını canlandırmışdır.  2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.  Azad Azərbaycan TV-də yayımlanan Buğlama serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın xalq artisti Yaşar Nurinin bacısı oğludur.






Starxeber Bizi instagramda izləyin