17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 26.05.2021 581

Cənubi Qafqazda əməkdaşlığın və inkişafın yeni perspektivləri


Bu il mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda videoformatda tədbirinin  keçirilməsi ilk növbədə cəmi 8 il bundan əvvəl təsis edilmiş, dünyanın məşhur siyasətçilərinin təmsil olunduğu bu mərkəzin qısa müddət ərzində dünyanın aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini nümayiş etdirdi.

Mərkəzin Bakı Qlobal Formunun təşkili, Nizami Gəncəvi irsinin tanıdılması tədbirləri ilə yanaşı Balkanlarda, Avropanın digər ərazilərində, Cənubi Qafqazda müzakirəyə çıxardığı qlobal məsələlər onun dünyada sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlıq işinə xidmət etdiyini əyani şəkildə sübut edir. Beynəlxalq Mərkəzin müzakirəyə çıxardığı növbəti məsələnin Cənubi Qafqaz regionuna həsr olunması, regionda yaranmış yeni situasiyaya uyğun olaraq çox yerində və zamanında atılmış addım hesab edilməlidir.

Çünki hazırda Cənubi Qafqazda yaranmış situasiya böyük güclərin, dünyanın aparıcı ölkələrinin, maraqlarının kəşisdiyi, regionda əməkdaşlığın, təhlükəsizliyin, sabitliyin təmin olunması üçün qlobal gündəlikdə duran mühüm məsələlərdəndir. Bu gündəliyi şərtləndirən əsas məsələ isə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi qələbə ilə əlaqədardır. Məhz yaranmış yeni situasiya regionda problemlərin həllinə yeni yanaşmalar tələb edir.

İşğal altında olan torpaqların azad edilməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı və dəhşətli dağıntılara baxmayaraq Azərbaycan öz ərazilərində dağılmış infrastrukturu, tarixi və mədəni abidələri, kənd və şəhərləri, sənaye və kənd təsərrüfatı obyektlərini müasir standartlara və son texnoloji nailiyyətlərə uyğun bərpa etmək əzmində və gücündədir. Eyni zamanda Azərbaycan dövləti regionda yeni əməkdaşlıq, inteqrasiya və investisiya mühiti yaratmaqla bu işlərə dünyanın Azərbaycanla dost olan çoxsaylı dövlətlərin şirkətlərini də cəlb etməyi nəzərdə tutur.

Regionda yaranmış situasiya və problemlərin həllinə münasibətdə Azərbaycan beynəlxalq əməkdaşlığı prioritet kimi dəyərləndirərək, həm də özü bu əməkdaşlıqda  etibarlı tərəfdaş kimi çıxış edir...

Bu gün Azərbaycan özünün zəngin neft və qaz yataqları, bu sahədə mövcud infrastrukturu, güclü texniki və texnoloji imkanları ilə Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir. Avropaya neft nəqli ilə yanaşı, ötən ilin son günündən başlayaraq ölkəmiz özünün qaz kəmərləri ilə təbii qaz nəqlinə də başlaması onun etibarlı tərəfdaş olmasından xəbər verir. 

Azərbaycan bu gün yeganə ölkədir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təşəbbüskarı kimi çıxış edir. Təkcə region üçün yox, bütün Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşması və inkişafında  çox mühüm rol oynayır. Qürurlu demək lazımdır ki, ölkəmiz Çinin müəllifi olduğu dünyanın 60-dan çox dövlətinin iştirak etdiyi, trillion dollarlıq  “Bir kəmər-bir yol” layihəsini  fəal dəstəkləyən ölkələr sırasındadır.

Dünyanın aparıcı transmilli şirkətləri ilə həyata keçirilən iri miqyaslı transmilli beynəlxalq və  regional layihələrdə Azərbaycanın etibarlı tərəfdaş kimi iştirak etməsi, onun beynəlxalq nüfuzunu daha da artırmış, bu isə öz növbəsində dünyanın müxtəlif beynəlxalq maliyyə qurumları ilə qarşılıqlı etibarlılığa və sərfəli əməkdaşlığa şərait yaratmışdır. Bu gün dünyanın əsas maliyyə təsisatları Azərbaycanda və regionda onun müəllifi olduğu istənilən layihələri böyük həvəslə maliyyələşdirmək istəyindədir.           

Azərbaycan son illər Dünya Bankı, Avropa Yenidənqurma  və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Çinin İnrastruktur və İnvestisiya Bankı və digər maliyyə institutları ilə uğurla əməkdaşlıq edir.

Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış, qarşılıqlı hörmət və bərabərtərəfli münasibətlərin qurulması, dünyanın aparıcı beynəlxalq təşkilatlarına üzv olan  ölkələrlə həm beynəlxalq birliklər səviyyəsində, həm də ikitərəfli münasibətlərdə yüksək səviyyəli əməkdaşlıq, ən yaxın qonşularımız olan - Rusiya, İran, Türkiyə və Gürcüstanla ikitərəfli və üçtərəfli formatda yüksək səviyyəli münasibətlərin qurulması, qardaş Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transmilli layihələrin uğurla icrası ölkəmizin regionun mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti kimi təqdim edir.

Azərbaycanın  iqtisadi gücü, beynəlxalq nüfuzu, müstəqil daxili və xarici siyasəti onu dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və anlaşma şəraitində münasibətlər qurmağa imkan vermişdir. İndi Azərbaycanın dünyanın super dövləti olan ABŞ-la münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. ABŞ Azərbaycanla enerji təhlükəsizliyi məsələlərində fəal rol oynayır və ölkəmizin enerji layihəsinin maliyyələşdirilməsi, icrası və bu işlərdə ABŞ şirkətlərinin iştirakına fəal dəstək nümayiş etdirir. Eyni zamanda ABŞ-la Azərbaycan arasında digər sahələrdə də əməkdaşlıq əlaqələri uğurla davam etməkdədir. Perspektivdə bu əlaqələrinin inkişafı ABŞ-dan daha çox asılıdır və Azərbaycan bu əlaqələrin inkişafına hərtərəfli dəstək göstərməyə   hazırdır.

Azərbaycan regionda sülhün, təhlükəsizliyin, dinc və yanaşı yaşamağın təmin edilməsi üçün Avropa ittifaqı ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşımız olmaqla ixracımızın əsas hissəsi bu ölkələrlə həyata keçirilir. Bu baxımdan Azərbaycan regionun gələcək inkişafında Avropa İttifaqı ölkələrinin fəal iştirakına və roluna  mühüm əhəmiyyət verir.

Bu gün Azərbaycanın BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına  sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycan bu nüfuzdan istifadə edərək istənilən dövləti Cənubi Qafqaz regionunun inkişafı üçün əməkdaşlığa dəvət edir.

Hesab edirik ki, Dağlıq Qarabağ probleminin həlli, regionda qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün indiyədək heç vaxt müşahidə olunmayan imkanlar yaratmışdır. Yeni situasiya regionda sabitliyin, təhlükəsizliyin, uzunmüddətli sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsinin qarantı kimi çıxış edə bilər. Təbii ki, ilk növbədə bu Ermənistana daha çox lazımdır və ondan daha çox asılıdır. Çünki Azərbaycanın Rusya, İran, Türkiyə və Gürcüstanla ikitərəfli əlaqələri yüksək səviyyədə qurulmuşdur, eyni zamanda Rusiya-Azərbaycan-İran, Rusiya-Azərbaycan-Türkyə, Türkiyə-Azərbaycan-Gürcüstan arasında üçtərəfli formatda əlaqələr yüksələn xəttlə inkişaf edir.

44 günlük müharibədən sonra regionda əməkdaşlığın yeni formatları üçün zəmin yaranmış, bu əlaqələrə Ermənistanın da qoşulması təklif edilmişdir. Regionda iqtisadi inkişafın, tərəqqinin, sülhün və təhlükəsizliyin təmin edilməsi bu əməkdaşlıqdan keçir.

Bu tədbir,  həm də bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nə qədər səbr və təmkinə, yüksək intellektə və diplomatik ustalığa, problemlərin həllinə yanaşma tərzinə, yüksək ünsiyyət keyfiyyətlərinə malik olduğunu bir daha nümayiş etməklə, müasir dövrün siyasi lideri, ağıllı və müdrik dövlət başçısı olmaq nümunəsini  əyani şəkildə nümayiş etdirdi.


Ramiz Göyüşov,

YAP Binəqədi rayon təşkilatının sədri




Operativ24.az 






Starxeber Bizi instagramda izləyin