17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.05.2021 441

Kapital Bank sahibkarlar üçün yeni konsepsiyalı “KOB Mərkəzi” filialını istifadəyə verdi


Ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik Kapital Bank Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün yeni konsepsiyalı, “KOB Mərkəzi” filialını istifadəyə verdi. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 143 (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə) ünvanında yerləşən yeni filial əsasən sahibkarlar üçün nəzərdə tutulub, onlara daha keyfiyyətli və rahat xidmət göstərmək üçün bütün zəruri şəraiti malikdir.


Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən “KOB Mərkəzi” filialı bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Belə ki, bu filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan bəhrələnə bilərlər. Bundan başqa filialda müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları da mövcuddur. 


Yeni filialda həmçinin Kapital Bank-ın Mərkəz, Bakıxanov və Xətai filiallarında olduğu kimi 24 saat fəaliyyət göstərən, sayca 4-cü özünəxidmət sahəsi də yaradılıb. Özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb.


“Bildiyiniz kimi Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Hazırda bizim bir sıra filiallarımızda sahibkarlar və hüquqi şəxslər üçün xüsusi bölmələrimiz mövcuddur. Yeni konsepsiyalı “KOB Mərkəzi” filialımızda isə sahibkarlar daha rahat və sürətli bank xidmətlərindən yararlana biləcəklər. Ümid edirəm ki, ölkədə ilk dəfə təqdim olunan yeni filialımız sahibkarların ürəyincə olacaq”, - deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirdi.


Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər. Kapital Bank-ın müştərisi olmaq üçün sayta daxil olaraq, qeydiyyatdan keçmək lazımdır – https://onb-cb.kapitalbank.az/auth/login



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin