17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 13.05.2021 396

Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Naxçıvan Muxtar Resublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir”


Cənab Prezident İlham Əliyevin bu günlərdə Naxçıvan Muxtar Respublikasına  səfəri dövlət başçısının son 18 ildə Naxçıvana sayca 15-ci səfəri idi. Ölkə başçısı hər səfərində olduğu kimi, bu dəfəki səfərdə də mühüm infrastruktur obyektlərinin açılışını həyata keçirdi. 

Bu gün Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir. Naxçıvanda iqtisadi artımın əsas göstəricisi hesab olunan ÜDM (Ümumi Daxili Məhsul) 10 dəfədən çox artıb ki, bu səviyyədə iqtisadi artıma nadir hallarda rast gəlinir. Yalnız bunu demək kifayət edir ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə olunmağa başlayıb və inanırıq ki, yaxın zamanlarda  Ermənistanın büdcəsindən daha artıq  olacaqdır. Bunun isə başlıca iki əsas səbəbi var: Ermənistan büdcəsinə daxilolmanın dayanması, xərclərin isə gözlənilməz dərəcədə artması. Bundan başqa, müharibədə Rəşadətli Ordumuz tərəfindən məğlubiyyətə uğradılan düşmənin məhv edilmiş və hazırda Bakıdakı Hərbi Qənimətlər Parkında olan texnikanın pulunu ödəməyə məhkum olması da Ermənistanın iqtisadi vəziyyətinə mənfi təsir göstərir.

  Müharibədən qalib çıxmış ölkəmiz dövlət başçısının göstərişlərinə uyğun olaraq iqtisadiyyatını hər keçən gün daha da gücləndirir. Belə ki, iqtisadiyyatımızın əsas sahələrindən biri olan kənd təsərrüfatı ilə bağlı görülmüş işlər müsbət dinamikanı təmin edir və Muxtar Respublikada əsası qoyulmuş Süni Mayalanma Mərkəzinin açılışı qısa müddət ərzində Naxçıvanda heyvandarlığın inkişafına böyük töhfə olacaq.

Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi artımla yanaşı, infrastruktur layihələri də uğurla icra edilir. Yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanda elektrik enerjisi yox idi, Ermənistan Muxtar Respublikaya gələn bütün enerji xətlərini kəsmişdi. Ermənilər bununla Muxtar Respublikanı blokadaya salmağa cəhd edərək, vəziyyəti daha da ağırlaşdırırdılar. Lakin əvvəlcə Ümummilli lider Heydər Əliyevin, sonradan isə onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu gün Naxçıvan   hər şeylə tam təchiz olunub və Muxtar Respublikada elektrik enerjisi ilə təchizat, habelə qazlaşdırma 100 faizdir. Onu da qeyd edək ki, bu günlərdə ölkə başçısı tərəfindən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin də açılışı oldu. Bundan başqa, vətəndaşlara xidmət sahəsində əsas yer tutan, dünyada bu sahədə Azərbaycan brendi olan və hazırda tikilməkdə olan 7 ASAN xidmət mərkəzindən biri hazırda Naxçıvanda tikilir. Bununla da ölkəmizdə ASAN xidmət mərkəzlərinin sayı 27-yə çatacaqdır. Habelə yeni uçuş-enmə zolağının istifadəyə verilməsi də Muxtar Respublikada turizmin inkişafına böyük təkan verəcəkdir.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Naxçıvanın müdafiə potensialı da gündən-günə möhkəmləndirilir. Ölkə başçısının səfəri cərcivəsində hərbi aerodromun açılışı Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış ciddi addımlardan biridir. 

Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz döyüş hazırlığını yüksək səviyyədə qoruyur, qarşıya qoyulmuş əsas vəzifələrin öhdəsindən layiqincə gəlir. Belə ki, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri də çox böyük şücaət göstərdilər, habelə  uğurlu Günnüt əməliyyatı ordunun tam hazır olmasını bir daha sübut etdi.

Ölkəmizin bir parçası  olan Muxtar Respublikada da hərbi qulluqçular, onların ailə üzvlərinin qayğıları daim diqqət mərkəzində saxlanılmış, onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bütün addımlar atılmışdır. Ölkə başçısı tərəfindən Muxtar Respublikada  hərbi hospitalın açılışı da bu qəbildən əlamətdar hadisədir. 

Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf  xətti cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Əminik ki, Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcəkdir.




Operativ24.az 






Starxeber Bizi instagramda izləyin