17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Mədəniyyət 9.05.2021 353

“Şusa işğal olunanda mənim 12 yaşım var idi. Biz Yasamalda yaşayırdıq. Şuşadan qaçqın düşən insanlar yanımızdakı yataqxanaya yerləşdirilirdi. Yaşım az olsa da, o ağrını, o məyusluğu, o itkini bütün qəlbimlə hiss edirdim… İllər keçdi... O dərdlə, o ağrıyla 28 il yaşadıq. Və Allaha min şükür ki, indi doğma Şuşamız, dogma Qarabağımız azaddır. Qəhrəman əsgərlərimizin, Xudayar kimi canını bu torpaq uğrunda fəda edən şəhidlərimizin, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə!.. İndi oğlum Əlinin 12 yaşı var və mən xoşbəxtəm ki, 12 yaşımda mənim hiss etdiyim həsrət hissinin əvəzində, 12 yaşlı oğlumun qəlbində zəfər hissi var!”

Operativ24.az xəbər verir ki, bu fikirlər bir çox vətənpərvər mahnıların sözlərinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair Cəlal Qurbanova aiddir. O, özünün Instagram səhifəsində paylaşdığı postda Şuşada olarkən keçirdiyi hissləri ifadə edib:

"Mən Şuşada olanda sanki bu müqəddəs torpağın daşından da, torpağından da, suyundan da... hər yerdən Xudayarın o həzin ifası eşidilirdi. Sanki bütün şəhid olmuş igidlərimizin ruhu oradaydı, bizimləydi... Bu fövqəladə hissi sözlə ifadə etmək belə çətindir... Bəli... Bu musiqi Qarabağımızda hələ çox səslənəcək… İllər ötəcək, nəsillər dəyişəcək, amma bu ifa, bu musiqi möhtəşəm zəfərimizi bizə daim qürurla xatırladacaq!"






Starxeber Bizi instagramda izləyin