17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 5.05.2021 467

Səbinə Xasayeva Lökbatan qəsəbəsində bir qrup seçicilərlə onlayn görüş keçirib


       12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ  rayonun Lökbatan  qəsəbəsinin bir qrup sakinləri ilə onlayn görüş keçirib.
       Görüşdə iştirak edən vətəndaşlardan  Nuriyyə Həsənova, Tənzilə Səfərəliyeva, Gülnaz Babayeva, Ülkər Hüseynova, Aynur Abdullayeva, Nailə Qaraşova, Açıldıgül Bayramova, Aytən Alısoy, Ağca Süleymanova, Dilbər Qələndərli, Gülarə Davudova, Toğrul Həsənov, Rövşən Hətəmov və Orxan Əhmədov qəsəbənin 1-ci, 3-cü və 6-cı massivlərində küçələrin və məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, 6-cı və 7-ci massivlərdə bütün yaşayış evlərinin tam əhatə edilməsi üçün   əlavə kanalizasiya xəttinin çəkilməsinin, ümumiyyətlə mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, əhalinin su təchizatının tam və dayanaqlı təmin edilməsi üçün yeni və əlavə xətlərin çəkilməsinin, əvvəllər və yeni tikilmiş fərdi evlərin sənədləşdirilməsinin, əhalinin məşğulluğu  üçün yeni iş yerlərinin yaradılmasının, Qobu yolunda səkilərin salınması və yolun işıqlandırılmasının, təbii qazın istifadəsi üçün ayrılan aylıq limitin artırılmasının, uşaqlar üçün müavinətin verilməsinin, 126 saylı avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər və axşam vaxtları marşruta əlavə avtobusların buraxılmasının, qəsəbədaxili avtobus marşrutlarının yeni yaşayış məhəllələrini əhatə etməsinin, vətəndaşların sosial təminatının və digər məsələlərin vacibliyini qeyd etmişlər.

          Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

         Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi Milli Məclisin deputatı Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.








 




Operativ24.az 






Starxeber Bizi instagramda izləyin