Deputat: 2 aprelin sızıltılarını 25 noyabr qüruru unutdurdu

Deputat: 2 aprelin sızıltılarını 25 noyabr qüruru unutdurdu

Sosial 03-apr, 19:13 378
[spoiler][/spoiler]Deputat: 2 aprelin sızıltılarını 25 noyabr qüruru unutdurdu 



1993-cü ilin əvvəllərində Azərbaycanda daxili vəziyyət son dərəcədə kəskinləşmişdi. Dövlət idarəçiliyində yol verilən nöqsanlar, səriştəsizlik, ambisiyalar həm ölkəmiz tərəfindən Ermənistanın ərazi iddiasına qarşı aparılan xarici siyasəti məhdudlaşdırırdı, həm də mərhələlərlə dövlət çevrilişinə yaxınlaşdırırdı. Ordudakı özbaşınalıq, vahid komandanlığın olmaması, ordu rəhbərliyində, yerli özünümüdafiə taborlarında bu və ya digər yollarla rəhbərliyə gətirilmələr dövlətçilik üçün real təhlükə yaratmışdı. AXC–Müsavat hakimiyyəti isə bu problemləri həll etmək iqtidarında deyildi. Bunu Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib. Deputat deyib: “O vaxt regionda hərbi vəziyyət gərginləşmişdi. Dövlətin hərbi dəstəyi olmadığına görə kəlbəcərlilər, Kəlbəcərin yerli özünümüdafiə taboru həmin vaxtlarda imperiyanın hərbi yardımından kifayət qədər bəhrələnən Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını almaq gücündə deyildi. Ermənilər hələ 1992-ci ilin aprelin 8-də rayonun Ağdaban kəndində böyük faciə törətmişdi. Düşmən Azərbaycandakı siyasi qarşıdurmalardan istifadə edərək martın 27-dən Kəlbəcərə genişmiqyaslı hücuma başladı. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən işğal edildi. İşğal zamanı 511 kəlbəcərli şəhid oldu, 231 nəfər itkin düşdü. Həmçinin rayonda 172 mədəniyyət obyekti, 1 muzey və sair dağıdıldı. İşğal zamanı və işğaldan sonra meşələrin sistemli, məqsədyönlü şəkildə yandırılması ekoloji terror idi. Bu işğal mahiyyət etibarilə Xocalı faciəsinin davamı oldu. Ermənilər Kəlbəcərdə də bütün tarixi abidələrimizi dağıdıb məhv etdilər”. Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə qeyd olunurdu ki, bütün işğalçı qüvvələr Kəlbəcərdən, eləcə də Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmalıdır. Havadarlarına arxalanan Ermənistan beynəlxalq təşkilatın bu qətnaməsini də yerinə yetirmədi. Prezident İlham Əliyev Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciət etdi. Kəlbəcərin erməni işğalından azad edilməsi təkcə kəlbəcərlilərin deyil, hər birimizi sevindirir. Bu Qələbə həm də xalqla Müzəffər Ali Baş Komandanın, xalqla ordunun sıx və möhkəm birliyinin təzahürüdür. 2020-ci ilin noyabrın 25-də xalqa müraciətində Prezident İlham Əliyev dedi: “Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı. Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi”. “Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində digər rayonlarımız kimi, Kəlbəcər də işğaldan azad olundu. 2 aprel tarixinin yaralarının ağrı-acılarını 25 noyabr tarixi unutduracaq. Kəlbəcərdə qələbəmizin təmin olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda həyata keçirilən genişmiqyaslı islahatlar, müxtəlif miqyaslı beynəlxalq təlimlər Silahlı Qüvvələrimizin dünyanın ən güclülərindən biri olmasını təmin etdi. Bunun nəticəsi olaraq Vətən müharibəsində möhtəşəm Zəfər qazanıldı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi və strateji əhəmiyyətli yüksəkliklər azad edildi. Təslim olan düşmən Birgə Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcərdən çıxdı”, - deyə deputat qeyd edib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən çıxması Prezident, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürüdür. Bu Zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq, tükənməz Vətən sevgisi və qəhrəmancasına vuruşmalarının əyani nümunəsidir. Deputat qeyd edib ki, Kəlbəcərin azad olunması oradakı tariximizin bizə qayıtmasıdır. Kəlbəcər rayonu ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir. Faşist ideologiyasının daşıyıcısı kimi ermənilər Kəlbəcərdə qanunsuz qazıntılar aparıb və tapılmış qiymətli tarixi əşyaları Ermənistana daşıyıblar. Bu, təkcə Azərbaycana deyil, tarixə, bəşəriliyə xəyanətdir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu vandalizmi törədən qaniçən düşmənin xalqımıza vurduğu maddi və mənəvi ziyana görə layiqli cəzasını alması üçün dövlətimizin əlaqədar qurumları nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə bütün hüquqi imkanlardan istifadə edəcək. Artıq bu istiqamətdə bir çox hazırlıq işləri uğurla davam etdirilir.

Azərtac
Oxşar xəbərlər
z