17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 17.03.2021 337

Martın 17-də "Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 19" ünvanında yerləşən Humanitar kollecin (keçmiş Mədəni Maarif Texnikumu) yataqxanasının həyətində bir-birinə bitişik, kustar üsulla taxta materialdan inşa edilmiş tikililərdə yanğın olub, nəticədə 150 kv metr sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat aldıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində obyektdə müvəqqəti məskunlaşmış 5 məcburi köçkün ailəsi və bir Tərtər rayon sakininin mənzilində yanğın olduğu məlum olub. Mənzillərinə ziyan dəymiş məcburi köçkün ailələrinin üçü Ağdam, ikisi Füzuli rayon sakinidir. Yanğın nəticəsində, ümumilikdə altı mənzilə ziyan dəyib.

Füzuli rayon sakini Quliyev Hikmət Fazil oğlunun, Ağdam rayon sakinləri Əliyev Ramiz Balakişi oğlu və Həsənov Azər Fazil oğlunun yaşayış sahəsinə, Ağdam rayon sakini Hüseynov Cahankeş Nüsrət oğlunun qeyri-yaşayış sahəsinə ziyan dəyib.

Füzuli rayon sakini Qasımov Ramil Amil oğlu həmin ünvanda yaşamır. O, Koroğlu Rəhimov küçəsində yerləşən fərdi mənzildə qeydiyyatdadır.

 Füzuli rayon sakininə "Zobucuq-5" qəsəbəsində, Ağdam rayon sakinlərinə isə Quzanlıda yerləşən qəsəbədə mənzil təklif edilib, lakin onlar bundan imtina ediblər.

Yanğın baş vermiş ərazidə 300 ailə müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri, eyni zamanda yataqxana yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.









Starxeber Bizi instagramda izləyin