17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Mədəniyyət 16.03.2021 379

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.

"Operativ24.az" xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və onlayn “Açıq dərs”lərin  keçirilməsi, ədəbiyyatçılar və Nizamişünaslarla görüşlərin təşkili, şairə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
Məktəb kitabxanalarında Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində “Dəyirmi masa” və debatların keçirilməsi, şairə həsr olunmuş elmi və bədii əsərlər, məqalə və kitablarla tanışlıq işinin təşkili planlaşdırılır.
Həmçinin, “Nizami Gəncəvi: bəşəriyyətin bədii fikir tarixində yeni səhifə açmış dahi sənətkar” və “Nizami Gəncəvi yaradıcılığı: İnsanlığa və ədalətə çağırış” adlı elmi-praktik konfranslar, təhsil işçiləri arasında “Sirlər xəzinəsi” adlı intellektual yarış, yuxarı sinif şagirdləri arasında “Nizami dünyası” və “Ən yaxşı təqdimat”  adlı müsabiqələr keçiriləcək.
Bundan başqa, “Nizami ili” nə həsr olunmuş “Xəmsə” festivalı, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”nə virtual səyahət, müəllimlər arasında “Nizami Gəncəvi irsi” mövzusunda konfrans  təşkil ediləcək.
Məktəblilər arasında “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ən yaxşı teatr tamaşası”, “Ən yaxşı şeir ifaçısı”, “Ən yaxşı  mahnı ifaçısı”, “Ən yaxşı gənc yazar”, “Ən yaxşı rəsm müəllifi”, “Ən yaxşı əl işi” nominasiyaları üzrə müsabiqələr, həmçinin Nizami Gəncəvi irsinin şagirdlər arasında müasir texnoloji vasitələr, sosial media alətləri vasitəsilə təbliği məqsədilə layihələr də keçiriləcək.
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə azyaşlılar və yeniyetmələr üçün kitabçalar və komikslər də nəşr olunacaq.
Qeyd edək ki, yubiley tədbirləri karantin qaydalarına uyğun olaraq onlayn şəkildə keçiriləcək.






Starxeber Bizi instagramda izləyin