17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 16.03.2021 286

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüşüb. 
 
"Operativ24.az" xəbər verir ki, görüşdə AZİNNEX tərəfindən 2020-ci il ərzində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri, ixracda mövcud maneələr, pandemiyanın bu sahəyə neqativ təsirləri, eyni zamanda, yaratdığı imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq reytinqlərdə, xüsusilə də innovasiya və texnologiya istiqamətlərində ölkəmizin mövqeyinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.   

Görüşdə texnologiya şirkətlərinin universitetlərlə əlaqələrinin genişləndirilməsi, araşdırma və inkişaf (R&D) fəaliyyətinin dəstəklənməsi, universitetlərdə startap ekosisteminin inkişafı ilə bağlı müzakirələr aparılıb və birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
 
Sonda Konsorsiumun fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi, yeni üzvlüyə dair qaydalar, müraciətlərinin qiymətləndirilməsi haqqında bir sıra qərarlar verilib.   

Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna daxil olan şirkətlər innovativ məhsullarını və xidmətlərini 20-dən artıq ölkəyə ixrac edir.






Starxeber Bizi instagramda izləyin