17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 15.03.2021 541

Yaz ağac əkini mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı silsilə ağacəkmə tədbirləri keçirilir.

"Operativ24.az" xəbər verir ki, bütün ölkə ərazisini əhatə edən irimiqyaslı ağacəkmə  və meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Zərdab, Ağsu, Qobustan, Ağdaş, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Gün ərzində ölkə üzrə ümumilikdə 13 hektar ərazidə 15 minə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kq-dan çox palıd toxumu səpilib. 


Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə Ağcabədi rayonunda keçirilən ağacəkmə tədbirində yaz əkin planına uyğun olaraq meşəbərpa işləri aparılıb. Təkcə Ağcabədi rayonunun yol kənarı meşə fondu ərazisində 6000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib. 

  Növbəti ağacəkmə tədbiri Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Ağsu və Qobustan rayonlarının yol kənarı meşə torpaqlarında baş tutub. Tədbir çərçivəsində  3000-dən çox müxtəlif cinsli həmişəyaşıl ağac tingi əkilib.

Xatırladaq ki, yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start verilib.



 






Starxeber Bizi instagramda izləyin