17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İdman / Sosial 8.03.2021 669

Hazırda ölkəmizdə pandemiya ilə əlaqədar olaraq zalların və federasiyaların fəaliyyəti dayanıb. Artıq 1 ildir ki, istər idmançılar, istərsə də idmanla məşğul olan şəxslər sevdikləri məkanlarından uzaq düşüblər. Bəs görəsən, bu durğunluq idman sahəsinə necə təsir bağışlayıb və hazırda bu istiqamətdə hansı işlər aparılır? 

Sualımızı Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Əmək və sosial siyasət, Gənclər və İdman Komitəsinin üzvü Sevinc Hüseynovaya ünvanladıq. 
Sevinc xanım Operativ24.az-a verdiyi açıqlamasında bu istiqamətdə aparılan işlər barədə məlumat verib. Həmçinin bildirib ki, Azərbaycanda idman sahəsinin hazırkı vəziyyəti ürəkaçandır.

“Bilirsinizmi, bugün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmanın hazırkı vəziyyətinin ürəkaçan olmaması düzgün fikir deyil. Sadəcə bu Covid 19-la bağlı olan məsələdir ki,  o da öz növbəsində müəyyən məhdudiyyətlərin tətbiq edilməsini vacib bilir. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. 
 Operativ Qərargah peşəkar insanlardan təşkil olunub və onlar vəziyyətə uyğun qərar qəbul edirlər. Təbii ki, idman sahələri bu müddət ərzində qapalı qaldıqda onun mənfi təsirləri olur. Ancaq ümumi cəmiyyətin maraqlarına uyğun olaraq addımlar atılır. Yanvar ayından, artıq, vaksinasiya prosesinə başlanılıb. İnşallah, may ayından sonra vəziyyət yaxşılaşmağa doğru gedər və idmandakı geriləmələr aradan qalxar”,-deyə o, vurğulayıb.
 
Azərbaycanın virusla mübarizədə dünya ölkələri arasında fərqləndiyini bildirən millət vəkili ən qısa müddətdə pandemiyanın sona çatmasını arzu edib.

“Bu gün Azərbaycan bilirsiniz ki, Covid 19-la mübarizədə nümunəvi ölkələrdən biridir. Sona qədər bunu belə davam etdirmək lazımdır ki, ikinci dünya müharibəsindən sonra bəşəriyyət üçün ən çox itkiyə səbəb olan Covid-19 ilə mübarizədən xalqımız az itki ilə çıxa bilsin. İdmanın da əsas məqsədi cəmiyyətin sağlam mühitdə yaşamasıdır. Yəni bu gün biz idman sahəsindəki məhdudiyyətləri tam aradan qaldırsaq, bunun fəsadları ola bilər. Müəyyən qaydalar tətbiq etməklə də idman etmək mümkün deyil. Maska ilə necə idman etmək olar?! Çox çətin məsələdir. 
Bu bütün dünyada gedən prosesdir. Qərarları qəbul edən peşəkarlar daha yaxşı bilirlər ki, hansı addımları atmaq lazımdır. Biz də ona uyğun hərəkət etməliyik. Necə deyərlər, el ilə gələn qada toy-bayramdır. Azərbaycan idman ölkəsi olaraq, artıq öz təsdiqini tapıb. İnşallah, bu bəladan tezliklə xilas olaraq əvvəlki qaydada həyatımıza davam edərik və idmançılar, idman peşəkarları tezliklə öz arenalarına qayıdaraq uğurlar əldə edərlər. Hamımız bunun üçün çalışmalıyıq.”






Starxeber Bizi instagramda izləyin