Bakıda bədbəxt hadisə baş verib.
"Operativ24.az" xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının qarşısında baş verib.
Belə ki, yolun kənarı ilə hərəkət edən gənc qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.