17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 3.03.2021 861

Martın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

"Operativ24.az" xəbər verir ki, komitənin sədri Musa Quliyev bildirib ki, iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək. O, məlumat verib ki, Əmək Məcəlləsinə təklif olunan hazırkı dəyişikliklər əmək münasibətlərində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır və dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı deputatların qaldırdığı məsələlər nəzərə alınıb, müəyyən dəqiqləşdirmələr aparılıb. Vurğulanıb ki, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən bu qanunvericilik təşəbbüsü işçilərin əmək hüquqlarının möhkəmləndirilməsinə, onların istirahət, məzuniyyət, sosial təminat, habelə gələcəkdə pensiya təminati məsələlərinin müsbət həll edilməsinə yönəlib.

İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Məlahət İbrahimqızı, Jalə Əliyeva, Səttar Möhbalıyev,  Aqil Məmmədov, Vüqar İskəndərov, Sevinc Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildiriblər ki, bu mühüm yenilik real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi mexanizmini yaratmaqla qeyri-rəsmi məşğulluğun azalmasına hesablanıb. Vurğulanıb ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər böyük işçi kütləsinin əmək hüquqlarını möhkəmləndirəcək, sosial müdafiəsini gücləndirəcək və onların rifahının yüksəlməsinə xidmət edəcək.
Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Rauf Əliyev, Arzu Nağıyev, Əziz Ələkbərli, Vüqar Bayramov, Rəşad Mahmudov, Razi Nurullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.






Starxeber Bizi instagramda izləyin