17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 2.03.2021 802

Martın 1-də “AzerGold” QSC-nin “Çovdar” Filiz Emalı Sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib. 

           "Operativ24.az" xəbər verir ki, onlayn tədbirdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, İdarə Heyəti sədrinin müşaviri Orxan Novruzov, Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev, Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər. 
          Tədbirdə sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, bu sahədə hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, fövqəladə hallara dair məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə hər il respublikanın bütün ərazisində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, bu tədbirlər zamanı əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.
          Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov bildirib ki, Cəmiyyətin əməkdaşlarının mühafizəsini təşkil etmək, onlar üçün təhlükəsiz iş şəraiti yaratmaq, eləcə də müvafiq strukturların dəstəyi ilə fövqəladə hallardan mühafizə sahəsində hazırlığı təmin etmək “AzerGold”un başlıca vəzifəsidir. Təsadüfi deyil ki, Cəmiyyət fəaliyyətə başladığı dövrdən bugünədək xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon saatdan artıq olmuşdur. Bu, 4 ildir ki, fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur. 
           O.Məmmədov Cəmiyyətin fəaliyyətinin təşkil edildiyi bütün obyekt və sahələrdə bundan sonra da mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulacağını, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirələcəyini qeyd edib.
          Xatırladaq ki, Ümumdünya Mülki Müdafiə Günü - 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün BMMT-nin qərarı ilə elan olunub və hər il bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Günü hər il ənənəvi olaraq konkret bir problemə həsr edilir. 






Starxeber Bizi instagramda izləyin