17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 2.03.2021 754

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir. 

"Operativ24.az" xəbər verir ki, təlim formatında keçirilən tədbirlərə 5 hektardan artıq torpaq sahəsinə malik, tərəvəz əkini və ya bağçılıqla məşğul olan fermerlər cəlb olunur. Təlimlərdə məqsəd fermerləri kənd təsərrüfatı məhsullarının ixracı prosesi barədə məlumatlandırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.  

Azərbaycanın altı bölgəsində keçirləcək təlimlərə bu gün Qax rayonunda start verilib. Qax Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən ixraca təşviq təliminə yerli fermerlərlə yanaşı, Şəki, Zaqatala və Balakən rayonlarından olan kənd təsərrüfatı məhsullarının istehsalçıları qatılıblar. Təlim zamanı fermerlərə məhsul ixracı prosesinin təşkili, bu sahəyə dair qanunvericilik, xarici ölkələrdə idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən olunmuş standartlar, logistika işinin təşkili və s. mövzular barədə ətraflı məlumat verilib.  
Bu istiqamətdə növbəti təlim martın 4-də Quba rayonunda keçiriləcək. Regionlar üzrə təlimlərin martın 15-də yekunlaşması nəzərdə tutulur. 






Starxeber Bizi instagramda izləyin