17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 26.02.2021 564

Daim Azərbaycana dəstək verən, Xocalı soyqırımını tanıyan İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə bəyanat verərək sənədi qurumun rəsmi saytında (en.puic.org) yayımlayıb. 

"Operativ24.az" xəbər verir ki, bəyanatda deyilir ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunmasından və mülki əhaliyə qarşı törədilən soyqırımından 29 il ötür. Bildirilir ki, həmin gecə sağ qalmaq üçün ən yaxın təhlükəsiz bölgəyə qaçmağa çalışan mülki şəxslər pusquya salınaraq vəhşicəsinə öldürüldü, bir qismi isə girov götürüldü. 

Xocalı soyqırımı qurbanlarına dair rəsmi faktların qeyd olunduğu bəyanatda yazılır ki, 56 nəfər xüsusi amansızlıqla qətlə yetirildi: müxtəlif şəkildə diri-diri yandırıldı, başları kəsildi və ya gözləri çıxarıldı, hamilə qadınların qarnına süngü saplandı, şəhər yerlə-yeksan edildi.
Bəyanatda vurğulanır ki, Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər, o cümlədən soyqırımı cinayəti beynəlxalq hüquq normalarına, humanitar və insan hüquqlarına ziddir, 1949-cu il Cenevrə Konvensiyası müddəalarının və bu qisimdən olan bir sıra qanunvericilik aktlarının ciddi şəkildə pozulması ilə müşayiət olunub. 

Bildirilir ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə  1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu cinayətə hüquqi-siyasi qiymət verib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq miqyasda həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılması və bu faciənin tanınması istiqamətində məqsədyönlü addım olub.
Məlumat verilir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Xocalı soyqırımı Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Peru, Kolumbiya, Paraqvay, Honduras, Əfqanıstan, İndoneziya və digər ölkələrin parlamentlərində müzakirə olunaraq bu cinayəti pisləyən siyasi sənədlər qəbul edilib, Xocalı soyqırımı tanınıb.  Bəyanatda vurğulanır ki, Xocalı soyqırımı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də rəsmən tanınıb və qınanılıb.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının yaydığı bəyanatda qeyd olunur ki, 27 sentyabr 2020-ci il tarixində başlanan əks-hücum əməliyyatı ilə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Beləliklə, ölkənin ərazi bütövlüyü bərpa olundu. 
Bəyanatın yekununda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilir, onlara Allahdan rəhmət diləkləri bildirilir. Beynəlxalq hüququn norma və prinsiplərinə istinadən ümid ifadə olunur ki, gec-tez ədalət öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar. 






Starxeber Bizi instagramda izləyin