17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 23.02.2021 476

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

"Operativ24.az" xəbər verir ki, deputat qonağı salamlayaraq ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb. Azərbaycan və İsrail dövlət rəhbərlərinin yüksək səviyyəli münasibətlərinin bütün sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib. O bildirib ki, bir çox dinlərin və millətlərin vətəni olan Azərbaycanı yəhudilər də ta qədimdən vətən seçib, uzun illər burada sülh və əmin-amanlıqda yaşayıblar.

Anatoliy Rafailov Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi İsrail parlamenti ilə münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Söhbət zamanı bu sahədə əməkdaşlığı gücləndirmənin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan-İsrail arasında zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə, hər iki ölkənin milli maraqlarına əsaslanan bu münasibətlərin daha da inkişafı üçün kifayət qədər potensial var.

İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik iki ölkə arasında mövcud olan əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib. Səfir Azərbaycanın yəhudi icması ilə tanışlığının onda böyük təəssürat yaratdığını, buradakı tolerantlığın başqa ölkələrə nümunə ola biləcəyini diqqətə çatdırıb. Corc Dik multikulturalizmin Azərbaycan cəmiyyətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib.
İsrail səfiri Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığı uzun illər ərzində, müharibədə qalib gəldiyi hazırkı vaxtda da öz dəyərlərinə sadiq qalmasını yüksək qiymətləndirib. Müharibə vaxtı bombalanan Gəncəyə səfərini xatırladan səfir Azərbaycanın müharibə acılarına şərik olduğunu bildirib.
Görüşdə dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasındakı zamanın sınağından çıxan dostluğun inkişafının gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.






Starxeber Bizi instagramda izləyin