17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 458

"Parlaq gələcək təhsildədir" şüarı ilə başlamış «Yelo school» sosial layihəsinin iştirakçıları sertifikatlarla təltif edildi.

"Operativ24.az"
xəbər verir ki, Yelo Bank tərəfindən şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri və gələcək həyata daha da hazırlıqlı olmaları üçün təşkil edilmiş onlayn təlimlərdə Lənkəran rayonu, Boladi kəndinin 1 nömrəli orta məktəbinin 7-11-ci sinif şagirdləri iştirak etdilər.Təlimi uğurla bitirmiş bütün şagirdlər Bankın xüsusi sertifikatları ilə təltif edildi.

Təlimlərin məqsədi şəxsiyyətin düzgün formalaşmasına yardımçı olmaq, uşaqlarda təfəkkürü inkişaf etdirmək, gələcək peşə seçimində hədəflərini təyin etməkdə kömək olmaq və liderlik keyfiyyətlərini müəyyənləşdirmək idi. Proqram çərçivəsində təhlükəsiz internet, çətinliklərlə mübarizə və bullinq kimi vacib mövzular da əhatə olunub.

Bankın “Yelo school” layihəsinin inkişaf perspektivləri ilə bağlı böyük planları var. Şagirdlərin bölgələr üzrə əhatə dairəsini genişləndirmək, bununla yanaşı bank işçilərinin və müştərilərin uşaqlarını da bu layihəyə cəlb etmək planlaşdırılır.
Xatırladaq ki, keçən il başladığımız layihənin ilkin mərhələsində şagirdlərin karantin dövründə təhsilə çıxışlarının asanlaşdırılması məqsədi ilə qeyd olunmuş məktəbin biliyi ilə seçilən şagirdlərə və onların müəllimlərinə planşet və internet paketləri hədiyyə edilmişdi.






Starxeber Bizi instagramda izləyin