17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 362

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr edilmiş vebinar keçirilib.
Vebinar  “ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunub.

"Operativ24.az" xəbər verir ki, Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov açılış nitqi ilə qonaqları və vebinar iştirakçılarını salamladıqdan sonra, 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən ətraflı danışıb, tarix boyu Azərbaycan dilinin qarşılaşdığı problemləri dilə gətirib. 

Daha sonra müstəqillik dövründə Heydər Əliyevin dil sahəsindəki xidmətlərini vurğulayıb. 
Vebinarın  moderatoru – Aİİ Dillər və ictimai fənlər kafedrasının dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı tədbir iştirakçılarını salamladıqdan sonra, Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm vasitə olduğunu qeyd edib. 

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu tədbir iştirakçılarını salamladıqdan sonra, “Ana dilimiz milli sərvətimizdir” mövzusunda çıxış edib. M.Nağısoylu Ana dilinin hər bir millət üçün milli sərvət olduğunu xüsusi vurğulayıb. Dilimizi tarix boyu yaşadan söz ustalarından, alimlərdən, yazıçılardan sitatlar gətirərək, dilin qoruyucusunun, daşıyıcısının xalq olduğunu nəzərə çatdırıb. 
Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, fil.e.d., prof. Adil Babayev “Dil millətin tək nişanıdır” mövzusunda məruzə edib. A.Babayev Ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Müasir Azərbaycan dili kafedrasının müdiri, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, fil.e.d., prof. Buludxan Xəlilov tədbir iştirakçılarını təbrik etdikdən sonra, Ana dili günü münasibətilə keçirilən vebinarı yüksək qiymətləndirib. “Azərbaycan dilinin imkanları” mövzusunda çıxış edən edən B.Xəlilov dövlətin gücünü onun dil imkanları ilə eyniləşdirib. Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad danışmalarına heç bir maneçilik törətmədiyini söyləyib. 
Vebinar iştirakçıların müzakirələri ilə davam edib. 






Starxeber Bizi instagramda izləyin