17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 422


    2021- ci il fevralın 19 – da “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşəbbüsü ilə "Qarabağ: atalarımızın yurdu" adı altında Qarabağ tarixinin, mədəniyyətinin və həqiqətlərinin təbliğ olunmasında fəal iştirak edən şəxlərin onlayn təltifolunma mərasimi keçirilib.  Tədbirdə Türkiyə Cümhuriyyətinin bir qrup tanınmış şəxsləri - elm adamları, sabiq səfirlər, sənətçilər, televiziya rəhbərləri, media nümayəndələri, yazıçılar, ictimai xadimlər Qarabağ həqiqətlərinin yayılmasındakı fəal iştiraklarına və Qarabağ uğrunda Azərbaycan xalqının vətən savaşında verdikləri dəstəyə görə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən təltif olunublar. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Türkiyə Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Türkiyənin tanınmış elm adamları, ictimai xadimlər, media nümayəndələri və digər qonaqlar  bildirdilər ki, Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı əsrlərin sınağından keçərək bu gün ən yüksək dövrünü yaşayır. 2020- ci ilin son aylarında  Azərbaycan xalqının Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Qarabağın azadlığı uğrunda düşmən Ermənistan üzərində şərəfli qələbəsi müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şanlı zəfəridir. İki qardaş ölkənin rəhbərliyi və xalqları Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət - Türkiyə və Azərbaycan” və Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın Sevinci bizim Sevincimiz Kədəri bizim Kədərimizdir” kəlamlarını rəhbər tutaraq Azərbaycan xalqının Vətən müharibəsi dövründə də zəfərə doğru birlikdə irəlilədilər.

    Tədbir iştirakçıları “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin Qarabağ tarixinin, mədəniyyətinin və həqiqətlərinin təbliğ olunmasında yaxından iştirak edən Türkiyənin tanınmış simalarını təltif etmək təşəbbüsünü müsbət qiymətləndirdilər. Tədbirin sonunda təltif olunan şəxlərə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşəkkürnamələri təqdim olundu.






Starxeber Bizi instagramda izləyin