17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 558

II Qarabağ müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu  RİH başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

"Operativ24.az" xəbər verir ki, yerli icra hakimiyyətlərində bu şöbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb. 
Vüqar Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələrdə xidmət edib. V.Novruzov  “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley və “Vətən naminə” medalları ilə təltif olunub. 

Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib, 19 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var.

İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi adından Vüqar Novruzovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək faəliyyətində uğurlar arzulayırıq. 
 
Rayonda dövlət işlərində  gənclərə üstünlük verilməsi və bunun bariz nümunəsi Qarabağ qazilərinə  yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.






Starxeber Bizi instagramda izləyin