17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 566

Kənd Təsərrüfatı Nazirliyinin regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizləri davam edir. Bu sahədə işin mərhələli təşkilinə uyğun olaraq 2021-ci ildən 10 ha və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunur. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin bəyanı ilə əlaqədar keçirilən monitorinqlərin nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil ediləcək. Məlumatlar EKTİS-ə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.  

"Operativ24.az" xəbər verir ki, Respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirməyə imkan verir, habelə ölkənin aqrokimyəvi torpaq xəritələrinin hazırlanmasına xidmət edir. 

Torpaq nümunələrinin baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot ( N ) daxildir. Paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.

Fermerlər “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun olaraq sahələrindən torpaq nümunələrini özləri götürərək laboratoriyalara təqdim edə bilər. Torpaq nümunələri götürülmüş yerlərin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Fermerlər müvafiq təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış ola bilər. 
10 hektardan çox sahəsi olan fermerlər öz torpaq nümunələrini təqdim edəcəkləri laborarotiyalar haqqında habelə, Dövlət Aqrar İnkişaf Mərkəzlərindən də məlumat ala bilərlər.







Starxeber Bizi instagramda izləyin