17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 18.02.2021 457

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Dördüncü sənaye inqilabı: Yaşıl enerji zonası, ağıllı şəhər və kəndlər” mövzusuna həsr olunmuş onlayn seminar keçirilib.

"Operativ24.az" xəbər verir ki, AzTU-nun İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün moderatorluğu ilə keçirilən seminarda qonaqları salamlayan rektor Vilayət Vəliyev tədbirin çox əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edib. Rektor azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını xüsusi vurğulayıb. Bildirib ki, dördüncü sənaye inqilabında universitetlər xüsusilə də AzTU əhəmiyyətli rol oynayır. Hazırda universitetdə müasir çağırışlara uyğun islahatların aparıldığını qeyd edən rektor buna misal olaraq Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının yaradıldığını, ixtisasların müasir tələblərə uyğun yeniləndiyini qeyd edib. Bu da onu göstərir ki, AzTU müasir dövrün çağırışlarına cavab verməyə hazırdır.

Tədbirdə professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Azad olmuş ərazilərə qayıdışı stimullaşdırmaq üçün enerji siyasətinin özəllikləri”, millət vəkili Etibar Əliyev “IV sənaye inqilabının paradiqmaları”,  AzTU-nun İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz “Ağıllı şəhər və kənd: rəqəmsal transformasiyanın tərkib hissəsi kimi”, AzTU-nun tədris işləri üzrə prorektoru, əməkdar mühəndis, əməkdar elm xadimi, professor Nurəli Yusifbəyli “Azərbaycanın postneft dövrü: enerji sektorunun inkişaf trendləri” mövzusunda çıxış edib. Bildirilib ki, azad edilmiş ərazilərdə salınacaq “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının elmi araşdırılması vacibdir. Qeyd olunub ki, həmin ərazilərə əhali köçürülməzdən əvvəl bütün xidmətlər elektronlaşdırılmalıdır. Bu istiqamətdə kadr hazırlığı zamanı əmək bazarının tələbləri nəzərə alınmalıdır. Görülən işlər elmə və tədqiqata söykənməlidir. Müzakirələrlə davam edən seminarda Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Jurnalistlər Birliyinin, “Azərenerji” və “Azərişıq”ASC-nin nümayəndələri də iştirak edib.






Starxeber Bizi instagramda izləyin