17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 18.02.2021 583

Fevralın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.
"Operativ24.az" xəbər verir ki, iclası açan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat veriblər. Diqqətə çatdırılıb ki,  təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri   aradan qaldıracaq. Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrinden avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.

Qanun layihəsi barədə danışan deputatlar Məşhur Məmmədov, Elnur Allahverdiyev, Asim Mollazadə, Aydın Hüseynov, İqbal Məmmədov, Rüfət Quliyev, Nəsib Məhəməliyev  su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, bu sahələrin idarəetməyə verilməsi, infrastrukturun yenilənməsi, sağlamlaşdırma işinin həyata keçirilməsi barədə qeyd və təkliflərini səsləndiriblər.
İclasda komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirib. Komitə sədri enerji satışı sahəsində dünya təcrübəsi, dünya ölkələrində əhalinin bu xidmətlərlə bağlı borcunu ödəmə üsulları, sahibkarların hüquqlarının qorunması barədə fikirlərini diqqətə çatdırıb. Eyni zamanda təklif edilən qanun layihəsinin bu sahədə müsbət dəyişikliklərə səbəb olacağını deputatların diqqətinə çatdırıb. Məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik  edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini müzakirə edərək Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Qanun layihəsini müzakirə ediblər.

Komitənin sədri Sadiq Qurbanov bildirib ki, bu, bizim uzun illər gözlədiyimiz bir anlaşma idi. 44 günlük müharibədən  sonra belə bir sənədin imzalanması Azərbaycanın növbəti uğurudur. Yəqin ki, Saziş imzalananda daha geniş formatda təqdimat olacaqdır.
Sonra məsələ səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Ağalar Vəliyev, Əli Məsimli, Sadiq Qurbanov, Əliabbas Salahzadə, Məzahir Əfəndiyev, İltizam Yusifov, Fatma Yıldırım, Mahir Abbaszadə və Naqif Həmzəyev iştirak ediblər.






Starxeber Bizi instagramda izləyin