17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Manşet / Mədəniyyət 13.04.2019 313

İTV-də yayımlanan “Dağıntılar altında” serialında qalmaqal yaşanıb. 

operativ24.az xəbər verir ki, Buna ekran işində “Şahmar” obrazını canlandıran aktyor Fərhad Səmiminin serialdan uzaqlaşması səbəb olub.

O, gedişini vaxtında maaşını almaması ilə izah edib. Aktyor bu barədə sosial media hesabında yazıb:
“Əziz dostlar, həmkarlar, yazıb, zəng edib, serialdan çıxmağımın səbəbini soruşanlar: sizcə, bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı serialdan niyə çıxsın ki? - Həmişə olduğu kimi, maaşların vaxtında verilməməsinə görə.

Və bu hal mütəmadi şəkildə təkrarlandıqca, mən də hər dəfəsində belə getsə, çıxacağımı açıq və net şəkildə bildirmişdim. Maaşların gecikmə səbəbini isə prodakşn belə izah edir: Dövlət geciktirir.

Bəs, Prezidentin sərəncamı? Bəs, filmlərə ayrılan pullar?

İndi mən çıxdım, mənim yerimə gələn hər hansı bir həmkarım və digərləri vaxtında maaşların alacaqlar? Bu və buna bənzər hallar əvvəllər də baş verib. Mən inqilabçı deyiləm, nə də aktyorların hüquqlarının müdafiəçisi deyiləm. Atalar "el üçün ağlayan, kor qalar" deyib. Min doğrum qalır, bir yanlışım danışılır. Sən demə, yanlışım da maaşımı vaxtında istəməyimdir. Özünüzə yaxşı baxmasanız da, özünüzə və sənətinizə dəyər verin! Mən monopoliyanın təkcə ticarətdə olduğunu bilirdim, yaradıcılıqda yox...

Kanallara serial satan cəmi iki, üç prodakşn, bir neçə rejissor var və onlar da bəlli aktyorlarla çalışır. Pulunu vaxtında istəyən aktyora heç bir əziyyətinə, məsuliyyətinə baxmadan problemli aktyor deyirlər”.
Qeyd edək ki, serialdan bundan əvvəl də ayağı sınan aktrisa Suğra Bağırzadə uzaqlaşmışdı.






Starxeber Bizi instagramda izləyin