17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 17.02.2021 508

Fevralın 17-də Milli Məclisin Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ24.az" xəbər verir ki, Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı qonaqları salamlayaraq xalqlarımız arasındakı tarixi əlaqələrdən söz açıb. 44 günlük Vətən müharibəsi zamanı Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı Palatalarının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə əfqan parlamentarlara, Azərbaycan xalqının haqq işini müdafiə edən bütün əfqan xalqına minnətdarlığını bildirib. Qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə verilən dəstək və bəyanatlar yalnız qardaşlığın rəmzi deyil, eyni zamanda Əfqanıstan İslam Respublikasının beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə hörmətindən irəli gəlir, əfqan xalqının iradəsini ifadə edir.

Azərbaycan-Əfqanıstan münasibətlərinin bir sıra tarixi məqamlarından bəhs edən Musa Qasımlı Xocalı soyqırımını tanıdıqlarına görə də qardaş ölkənin parlamentinə təşəkkürünü çatdırıb. Qeyd edib ki, Azərbaycan da hər zaman Əfqanıstanın haqq işini dəstəkləyib. Müxtəlif sahələr üzrə əfqan kadrların hazırlanmasına ciddi töhfələr verib. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda Azərbaycanın sülhməramlıları da xidmət edir. Biz hər zaman Əfqanıstanda sülhün və sabitliyin hökm sürməsinə, təhlükəsizliyin qorunmasına sadiq olmuşuq. Əfqan xalqının rifah içində yaşamasını, Əfqanıstanın güclü dövlət olmasını istəyirik.
Görüşdə səfir Amanullah Ceyhun Vətən müharibəsindəki Qələbəyə görə təbriklərini və xoş arzularını çatdırıb. Əfqan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Ölkələrimiz arasında tarixi, dini və mədəni sahələrdə mövcud olan əlaqələrdən söz açıb. Səfir ermənilərin ötən əsrin sonlarından başlayan işğalçılıq əməllərini pisləyib. 44 günlük müharibə nəticəsində işğaldan azad olunmuş bölgələrimizə səfər etdiyini, xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini bildirib.
Ölkəsinin parlamenti barədə ətraflı məlumat verən qonaq hər iki palatada qadınlara geniş yer verildiyini bildirib, parlamentlərarası əlaqələrimizin genişlənməsini arzuladıqlarını qeyd edib.
Sonra Milli Məclisin komitə sədri, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Rzayev xalqlarımız arasındakı dostluq və qardaşlıqdan  bəhs edib, bir sıra vacib məsələlərə toxunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.






Starxeber Bizi instagramda izləyin