17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 17.02.2021 420

2021-ci ilin yanvar ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2369,0 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 21,2 mln. kVt·st artıb.


"Operativ24.az" xəbər verir ki, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 7,1 mln. kVt·st artaraq 2260,0 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st artaraq 78,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,6 mln. kVt·st artaraq 30,19 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 9,39 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 2,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.


2021-ci ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2142,76 mln. kVt·ts (İES-lərdə 2071,3 mln. kVt·st, SES-lərdə 71,46 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt·st (İES-lərdə 22,0 mln. kVt·st, SES-lərdə 6,5 mln. kVt·st, Günəş ES-də 1,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,87 mln. kVt·st, Müstəqil Elektrik Stansiyaları üzrə isə 189,0 mln. kVt·st təşkil edib. 
Bu dövrdə elektrik enerjisinin idxalı 11,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mln. kVt·st artıb. İrandan 3,3 mln. kVt·st, Rusiyadan 7,7 mln. kVt·st, Gürcüstandan isə 0,004 mln. kVt·st elektrik enerjisi idxal edilib.
 Hesabat dövründə elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 61,6 mln. kVt·st artıb. İrana 3,4 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 7,2 mln. kVt·st, Gürcüstana isə 151,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.






Starxeber Bizi instagramda izləyin