17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 16.02.2021 587

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Natiqlik bir sənətdir” mövzusunda təşkil olunan vebinarda iştirak ediblər.

"Operativ24.az" xəbər verir ki, tədbirdə Zaur Cahangirovun mövzu ətrafında geniş məruzəsi dinlənilib.

Məruzəçi öncə natiqlik mədəniyyətinin yaranma tarixindən danışıb. Qeyd edib ki, natiqlik üç əsas komponentdən – danışmaq, dinləmək və düşünməkdən ibarətdir.

Müasir zamanda səlis nitq qabiliyyətinin inkişafının mütləq olduğunu qeyd edən Z.Cahangirov söz ehtiyatının formalaşması üçün səsli kitab oxumağın vacibliyinə toxunub. Bildirib ki, yaxşı natiq olmaq üçün dinləməyi bacarmaq lazımdır:
“Dinləməyin – Çin dilindəki qarşılığı “Mən sənə qulağımı, gözlərimi, qəlbimi və diqqətimi verirəm”, – deməkdir.”

Z.Cahangirov gənclərə natiqliyin növlərindən bəhs edib, onlara aid nümunələr gətirib. Məruzəçi dini natiqlikdən danışarkən Məhəmməd peyğəmbərin
Vida xütbəsini misal gətirib.

Daha sonra bəlağət elmi haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təkliflərinin reallaşması üçün müxtəlif
layihələrdə və maarifləndirici seminarlarda iştirakına xüsusi diqqət yetirir.






Starxeber Bizi instagramda izləyin