17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 12.02.2021 415

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yanvar ayı üçün tanınma üzrə müraciətlərə dair statistik məlumat açıqlanıb. Belə ki, qeyd edilən ay üzrə icrası 21 gün ərzində tamamlanan 199 müraciətçinin 138-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

"Operativ24.az" xəbər verir ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 28, tanınma üçün müraciət etdiyi ixtisasının ölkə ərazisində  ekvivalentinin olmaması səbəbi ilə 2 və xarici baza (bakalavr) ixtisasının tanınmaması səbəbi ilə 1 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 34, hüquqşünaslıq üzrə 24, tibb üzrə 24, maliyyə üzrə 23, mühəndislik üzrə 21, biznesin idarə edilməsi üzrə 14, beynəlxalq münasibətlər üzrə 9, turizm üzrə 7, menecment üzrə 6 və digər ixtisaslar üzrə 37 nəfər müraciətçi qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 59, Rusiyadan 51, Türkiyədən 46, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, Qazaxıstandan 5, İrandan 2, Belarusdan 2, Polşadan 2 və Çexiyadan 1  nəfərin yer aldığı müşahidə olunur.

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.






Starxeber Bizi instagramda izləyin