17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial / Mədəniyyət 10.02.2021 441

Fevralın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib.

"Operativ24.az" xəbər verir ki, onlayn tədbiri açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov konfrans iştirakçılarını Milli Məclisin Sədri Sahibə Qafarovanın adından salamlayıb və bildirib ki, konfrans çox aktual mövzuya həsr olunub.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpa işləri qarşımızda dayanan ən mühüm məsələlərdən biridir.

Sadiq Qurbanov diqqətə çatdırıb ki, XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpa olunan enerji növlərinə, yaşıl və mavi iqtisadiyyata üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir.

Sonra onlayn konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika nazirinin müavini Samir Vəliyev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini bildiriblər.
Tədbirdə işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, sahibkarların quruculuq işlərinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə dövlət-özəl sektor əməkdaşlığının perspektivləri,  bölgədə kənd təsərrüfatının inkişafı və digər məsələlər geniş müzakirə olunub.
Onlayn konfransa yekun vuran Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov konfransın səmərəli keçdiyinə, səslənən fikir və təkliflərin faydalı olacağına əminliyini ifadə edib.






Starxeber Bizi instagramda izləyin