17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 8.02.2021 500

Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsinin keçirilmə tarixləri bəlli olub.

"Operativ24.az" xəbər verir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq olimpiadanın şəhər mərhələsi fənlər üzrə müxtəlif vaxtlarda təşkil olunacaq. Belə ki,fevralın 10-da riyaziyyat və kimya, fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə olimpiada keçiriləcək.

Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 17 imtahan mərkəzində təşkil ediləcək. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 36 və 47, Nəsimi rayonu üzrə 54 və 46,  Nizami rayonu üzrə 229 və 32,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 271, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 138, Xəzər rayonu üzrə 124, Pirallahı rayonu üzrə 235, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçiriləcək.

Olimpiadada IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdləri iştirak edəcək.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkar olunması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki,olimpiadanın şəhər mərhələsi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə alınmaqla, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil ediləcək.






Starxeber Bizi instagramda izləyin