17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Mədəniyyət 6.02.2021 280

Fevralın 5-də böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 103-cü ildönümü tamam oldu.

"Operativ24.az" xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış mədəniyyət incəsənət xadimləri I Fəxri xiyabanda dahi musiqiçinin məzarını ziyarət ediblər.   

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə  davam etdirən Qara Qarayev öz yaradıcılığı ilə əsl sənət məktəbi formalaşdırmağa müvəffəq olub.

Nazir qeyd etdi ki, Qara Qarayev qırxillik yaradıcılıq dövründə, demək olar ki, bütün janrlarda əsərlər yaradıb: “O, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən artıq kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələyib, iki opera, iki balet, bir müzikl, habelə çoxsaylı teatr tamaşası və kinofilmlər üçün musiqilər yazıb. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini dünya klassik musiqinin nailiyyətləri ilə uğurlu sintez yaradıb. Onlarla görkəmli bəstəkar yetişdirən böyük sənətkarın davamçıları musiqi mədəniyyətimizin sonrakı inkişafında mühüm rol oynayıblar. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qara Qarayev məktəbinin tanınmış davamçılarıdır”.

Anar Kərimov onu da diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səslənir: “Qara Qarayev eyni zamanda sabahın musiqiçisidir. Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz musiqinin sədasını eşidəcək və qürur duyacağıq”.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək dahi bəstəkarın bənzərsiz irsindən söz açdılar.
Sonda tədbir iştirakçıları dahi musiqiçinin məzarı üzərinə tər çiçəklər düzdülər.






Starxeber Bizi instagramda izləyin