17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 4.02.2021 757

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.

Tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini günü-gündən artıran gözəl şəhərlərimizdən biri olan Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. Sumqayıt şəhərinin inkişafında çox böyük zəhməti olan Ulu Öndərin verdiyi tövhələr bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da genişləndirilir, yeni parlaq səhifələr açılaraq qeyri-neft sənayesinin inkişafında, iqtisadiyyatımızın şaxələndirilməsində mühüm rol oynayır.
 Mən bir ziyalı kimi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının bütün səfərlərində, tədbirlərində olan çıxışlarını diqqətlə izləyirəm. Cənab Prezidentimiz Sumqayıt şəhərinə səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi tezislər və istiqamətlər Azərbaycan xalqının gələcək parlaq inkişafına xidmət edir.
 Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezident İlham Əliyev mütəmadi şəkildə islahatların davamlı olacağını və dərinləşdiriləcəyini bəyan edərək, yeni dövrə uyğun layihələrin, proqramların anonsunu vermişdir. Bir vətəndaş kimi sevinirik ki, işğaldan azad olunmuş ərazilərimizdə də bu islahatlar prosesi getdikcə dərinləşəcək, ərazilərimiz məqsədyönlü şəkildə yenidən qurulacaq, tarixi, mədəni irsimizin bərpası, vətəndaşlarımızın rahat yaşayışı təmin olunacaqdır.
 Qeyd etmək istəyirəm ki, son 17 il ərzində ölkəmizdə yüzlərlə müasir tələblərə cavab verən sənaye müəssisələri, yeni istehsal sahələri, müxtəlif bölgələrimizdə sənaye parkları yaradılıb, daxili təlabatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanlarımız genişlənmişdir. Bir vətəndaş kimi bu canlanma, bu inkişaf hər birimizi sevindirir və dövlətimizi daha güclü edir.
 Bütün vətəndaşlarımızın çox rəğbətlə qarşıladığı məsələlərdən biri də cənab Prezidentimizin bəzi dövlət qurumlarına, məmurlara çox ciddi və açıq mesajlar verməsi olmuşdur. Bir ziyalı kimi qeyd etmək istəyirəm ki, bu mesajlar ölkə ictimaiyyəti tərəfindən yüksək səviyyədə dəstəklənir və qiymətləndirilir.
 Qeyd etmək istəyirəm ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunması, vətənimiz, xalqımız qarşısında misilsiz, tariximizə qızıl hərflərlə yazılan xidmətləri, bizlərdən daha məsuliyyətli və əzmlə çalışmağı tələb edir. Bu yolda hörmətli Prezidentimiz başda olmaqla bütün Azərbaycan xalqına uğurlar diləyirəm.
Binəqədi rayonu 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin