17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 2.02.2021 1 019

Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Gənclər Günündə universitetin Vətən müharibəsində iştirak edən tələbələri ilə görüşüb. Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu Şanlı Qələbədə AzTU-nun tələbə və məzunlarının rolunun olması qürurvericidir. Tələbələrimizin təhsillərini dondurub Vətən uğrunda döyüşə getməsi isə universitetdə vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir. Rektor deyib ki, AzTU tələbələri müxtəlif illərdə döyüş və qeyri-döyüş şəraitində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Universitetimizin Vətən müharibəsində iştirak edən tələbə və məzunları arasında 26 nəfər şəhidlik zirvəsinə ucalıb. Rektor qeyd edib ki, Vətən müharibəsində gənclər də yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirib. Prezident, Ali Baş Komandan İlham Əliyev də Şuşaya səfəri zamanı Şanlı Qələbəmizin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb.
“Mən hər zaman deyirəm ki, siz tələbələr bu universitetin sahiblərisiz. Artıq siz qalib ölkənin tələbələrisiz. Bundan sonra sizin təhsil sahəsində də uğur qazanmağınız istiqamətində universitet səylərini əsirgəməyəcək. Çünki, Azərbaycanın gələcəyi məhz siz gənclərin əlindədir. Siz qalib ölkənin savadlı gəncləri kimi yetişməli və gələcək nəsillərə öz biliklərinizi ötürməlisiniz”-deyə rektor əlavə edib.
Qeyd edək ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanıb. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçirilir.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin