17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 1.02.2021 850

Hazırki vəziyyətin uzunömürlü olub-olmayacağını sanitar-epidemioloji vəziyyət müəyyənləşdirəcək.


Millət vəkili, milli məclisinin elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova "Operativ24.az"a 

Millət vəkili yeni dərs mövsümünün uzun ömürlü olub-olmayacağından danışdı. 

Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVİD-19) pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir. Bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Pandemiyanın mənfi təsir etdiyi sektorlar arasında təhsil sahəsi mühüm yer tutur”.

Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, COVID-19 pandemiyası və onun yaratdığı fəlakətlər nəticəsində bütün dünyada təhsil müəssisələrinin bağlanması müxtəlif ölkələrdə milli təhsil sistemlərinə ciddi təsir göstərib: "Ümumilikdə vəziyyət həm iqtisadi nöqteyi nəzərdən, həm sosial-psixoloji baxımdan o qədər də sadə deyil. Səhiyyə siteminin imkanlarının müvafiq qaydada hesablanması və düzgün idarə edilməsi baxımından bir çox qərarlar verilməlidir. Reallıq bundan ibarətdir ki, bir çox hallarda bu qərarlar bir-birinin əksinə işləyən qərarlardır. Qapanmalara getdikcə səhiyyə siteminə təzyiqlər azalır, amma, iqtisadiyyata və sosial-psixoloji faktorlara təzyiq artır və ya hansısa açılmalara getdikdə səhiyyə sitemində yüklənmələr artır, insanların həyatına risklər yaranır, amma eyni zamanda istisadi və sosial məsələlər nisbətən daha tez öz həllini tapır. Pandemiya dövrünün ən kəskin şəkildə üzə çıxardığı məsələlərdən biri distant təhsildir. Pandemiya ilə bağlı sanitar-epidemioloji vəziyyət bütün proseslərə olduğu kimi, təhsil sahəsinə də öz diktəsini edir və bununla hesablaşmaq lazımdır. Bu gün dünya ölkələri, o cümlədən Azərbaycan "insanların sağlamlığı, yoxsa daha keyfiyyətli təhsil” dilemması qarşısında qalıb. Məktəblərin açılması, ənəvi təhsilin bərpası nəinki Azərbaycanda, bütün dünyada ən mürəkkəb məsələlərdən biridir”.

Deputat bildirib ki, Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il 12 saylı Qərarına müvafiq olaraq Təhsil Nazirliyi elə həmin gün birifinq keçirmiş və ənənəvi təhsilin mərhələli bərpa olunması ilə bağlı açıqlama vermişdir.  Təhsil naziri sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla fevral ayının 1-dən etibarən tədris və təlim-tərbiyə prosesinin mərhələli şəkildə əyani formada təşkil olunacağını ictimaiyyətə çatdırmışdır. Əlbəttə ki, tədris prosesinin əyani formada təşkil olunması yalnız Təhsil Nazirliyinin qərar verəcəyi bir məsələ deyil. Bunun üçün Operativ Qərargahda təmsil olunan müvafiq dövlət qurumları və hökümətlə müəyyən məsləhətləşmələr, fikir mübadiləsi aparıldıqdan, sanitar-epidemioloji vəziyyət təhlil olunduqdan sonra qərar verilmişdir. Təbii ki, fevral ayının 1-dən etibarən dərslərin əyani formada bərpa olunmasına əsas səbəb yoluxma hallarında kəskin azalmaların müşahidə olunmasıdır. Yoluxma hallarının azalmasından istifadə edərək təhsilin əyani formasına mərhələli keçidi bərpa etmək üçün bir sıra qərarlar verilmişdir. İbtidai siniflər üzrə əyani təhsilin Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Şagird sayı çox olan siniflər qruplara bölünəcək. Respublika üzrə ümumilikdə  85 min 600 sinif var. Bu siniflərdən 310-da şagird sayı 40 və 40-dan yuxarıdır. Ümumilikdə şagird sayı 40-dan çox olan siniflərin sayı ümumi siniflərin 0,4 faizini təşkil edir. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək. Uşaq bağçalarının açılması ilə bağlı növbəti iki həftə ərzində qərar qəbul olunacaq. Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək. Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində isə təhsilin təşkili tələbələrin yüksək hərəkətlilik və yoluxma riskləri nəzərə alınaraq, məsafədən təhsil formasında davam etdiriləcək. Müəyyən bir tarixdən sonra isə bu təhsil pilləsində praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər. 

                                                                                                                                    

Qeyd etməliyik ki, ənənəvi təhsilin bərpa olunması səhiyyənin yəni yoluxma hallarının vəziyyətindən asılı olaraq müəyyənləşəcək. Bütövlükdə, bu qərarların verilməsində zəruri və kafi şərt ondan ibarətdir ki, yoluxma halları kəskin azalmış və müəyyən qədər stabilləşmişdir. Nəzərə alsaq ki, bu açılmalar vaxtında və düşünülmüş edilmədikdə təkrar qısa müddətdə qapanmalara gedilməli olunur.  Yəni növbəti mərhələdə ənənəvi təhsilin bərpa olunub- olunmayacağı növbəti iki həftə ərzində aparılacaq müşahidə və sanitar-epidemioloji vəziyyətin qiymətləndirilməsindən asılı olacaq. Düzdür bu təhsil ictimaiyyətində  və təhsil iştirakçılarında müəyyən narahatlıqlara  səbəb olsa da burada əsas mövzu insan həyatıdır. Nəzərə alsaq ki, Azərbaycanda təhsil sisteminin özü-özlüyündə təhsil alanlar və təhsil verənlərin sayı 2 milyondan artıqdır. Valideynlərin və insanların mobilliyi və aktivliyi nəzərə alınarsa, təxminən 4 milyondan artıq insanın hərəkəti, mobilliyi, aktivliyi nəzərdə tutulur. Təbii ki, biz sadalanan rəqəmləri də nəzərə alıb, həm bütün cəmiyyətin, həm bütün təhsil iştirakçılarının sağlamlığını qorumalıyıq və bu faktoru da nəzərə almalıyıq. Prezident İlham Əliyevin həmişə qeyd etdiyi kimi, pandemiya ilə mübarizədə əsas məsələ insanların sağlamlığının qorunmasıdır”. Bu nöqteyi-nəzərdən pandemiyanın başladığı ilk gündən Azərbaycan hökümətinin həyata keçirdiyi bütün tədbirlərdə   prioritet vətəndaşların həyatının və sağlamlığının qorunması olmuşdur.

Xatırlatmaq istərdik ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərara əsasən ötən il də tədrisin və təlim tərbiyə prosesinin əyani formada təşkili bərpa olunmuş, lakin, sanitar-epidemioloji vəziyyətin kəskinləşməsi nəticəsində təkrar distant tədris bərpa olunmuşdur.

Bildiyimiz kimi, Avropanın bəzi ölkələrində və Amerikada yenidən qapanmalara gedilir. Həmin ölkələrdə koronavirus pandemiyasının üçüncü dalğasının olacağı güman edilir. Azərbaycanda isə mövcud şəraitin imkan verdiyi qədər vəziyyətdən istifadə edib əyani təhsilin bərpasına çalışılır. Pandemiya həyatın digər sahələrində olduğu kimi təhsildə də cəmiyyəti və dövləti situativ davranmağa məcbur edir. Pandemiya ilə mübarizədə təəssüf ki, seçim yoxdur. Situasiya nəyə imkan verirsə onu etməyə məcburuq. Yəni, hazırki vəziyyətin uzunömürlü olub- olmayacağını sanitar-epidemioloji vəziyyət müəyyənləşdirəcək.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin