Kəlbəcərdə xidmətdə olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Siracov Fətulla Qasım oğlu vəfat edib.
Operativ24.Az "Qafqazinfo"ya istinadən bildirir ki, yaxınlarının məlumatına əsasən, o, səhhətində yaranan problemə görə dünyanısını dəyişib.
Vəfat edən əsgərimiz bu gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb.
Faktı Müdafiə Nazirliyində təsdiq edib.
Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!