Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ölkə.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1990-cı il təvəllüdlü Mustafayeva Şəlalə İman qızı tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun qarın nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.