Gürcüstanın Xarici işlər naziri David Zalkaliani koronavirusa infeksiyasına yoluxduğu təsdiqlənib.
Operativ24.Az “novosti-qruzia”ya istinadən xəbər verir ki, bu barədə nazir özü Facebook səhifəsində yazıb.
52 yaşlı nazir bildirib ki, özünü yaxşı hiss edir və evdə müalicə alır. Nazir yanvarın 20-də İspaniyadan səfərdən geri dönüb və yanvarın 23-də virusa yoluxub. “yanvarın 23-də infeksiyaya yoluxan şəxslə görüşdən sonra özünütəcridə keçmişəm. Bundna sonra test zamanı məndə koronavirus aşkar edilib”- nazir qeyd edib.
//Ölkə.Az