16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 8.01.2021 116

Maska taxmaq, sosial məsafəni qorumaq və gigiyena qaydalarına əməl etmək… Bu vacib amillər yenə də öz aktuallığını qoruyur. Lakin indi vaksinlər vasitəsi ilə Covid-19 virusunun qarşısını bir az da olsa almağın mümkünlüyü vurğulanır. Peyvənd hazırkı dövrdə ən vacib amillərdən biri olsa da, o hər şeyi birdən sağaltmaq gücünə malik deyil.

Operativ24.Az   xarici KİV-ə istinadən xəbər verir ki, vaksin bədənə vurulduqdan dərhal sonra immunitet əldə edilmir, yaxud da hər kəs eyni vaxtda peyvənd olunmayacaq. Buna görə həssas qruplara daxil olan insanlar belə vaksinasiya edildikdən sonar da maska taxmağa davam etməlidir.

Mütəxəssislər peyvənddən sonra da maska taxmağın niyə vacib olduğunu vaksinin orqanizmdə gec immunitet yaratması ilə əlaqələndirirlər. Bu, hətta bədənə 95 % yaxşı təsir edən peyvəndlərə də aiddir.

Ola bilər ki bədəndə immunitet vaksin vurulduqdan aylar sonra yaransın. Buna görə də, peyvənd olunsaq da maska taxmalıyıq. Vaksinasiya ediləcək insanların da ikinci dəfə virusa yoluxub, yaxud da yoluxdurmayacağı da hələ sual altındadır.
Peyvəndi 3-4 həftə ara ilə iki dəfə vurdurmaq lazımdır. İlk 28 günə qədər immunitetə sahib olmaq mümkün olmur.

Maskadan istifadə etməyimiz həmin vaxt əhalinin nə qədərinin də vaksinasiya ediləcəyi ilə də bağlıdır.

Ümumiyyətlə mütəxəssislər peyvənd olunsaz belə, pandemiya bitənədək maska taxmağın vacibliyini irəli sürür.






Starxeber Bizi instagramda izləyin