16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 7.01.2021 143

Vətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Yusifov Abbas ailə həyatı qurub.

"Qafqazinfo"nun məlumatına görə, o, bu gün sevdiyi xanımla rəsmi nikaha daxil olub.

Cütlüyün nikah mərasimindən çəkilmiş fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Sevdiyi xanımın qazimizə olan sevgisi rəğbətlə qarşılanıb.
Əməkdaşımızla söhbət edən qazi Abbas Yusifov bildirib: "Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndçimdir.

2019-cu ildə isə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, məni heç vaxt atmaz. Ailəsi də bunu müsbət qarşıladı".



Qeyd edək ki, Yusifov Abbas Mədəd oğlu 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. O, daha sonra 2014-cü idə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2018-ci ildə təhsilini başa vuraraq Tərtərdə N saylı hərbi hissədə xidmətə başlayıb.

Leytenant Yusifov Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi qatılıb. O, Suqovuşan və Talış istiqamətində döyüşüb. Zabitimiz sentyabrın 30-da Talış kəndində minaya düşüb.

Nəticədə hərbçimizin sol ayağı topuqdan yuxarı hissəsi amputasiya olunub. Qazimiz dekabrın 15-də Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.






Starxeber Bizi instagramda izləyin