11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 31.12.2020 171

Səhəri çox acı xəbərlə açdıq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sevilən aktyoru, gözəl insan Ağaxan Şərifovu itirdik. Çox təəssüf! 
Teatr rəhbərliyi və kollektivi adından mərhum sənətkarın ailə üzvlərinə, dostlarına, yaxınlarına, doğmalarına   dərin hüznlə başsağlığı veririk.  
  Allah rəhmət eləsin, Ruhu şad olsun!
Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında,  1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb. 
2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında işləməyə başlayıb.   
 Ağaxan Şərifov bu teatrın səhnəsində yaratdığı bir-birindən maraqlı obrazları ilə - 
1-ci oğlan (”Əlin cibində olsun” O.Rəcəbov, A.Babayev),
 Evlər müdiri (“Talelər qovuşanda” R.Hacıyev), 
Ofsiant (”Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev),
İnzibatçı (”Şeytanın yubileyi” O. Rəcəbov, A.Babayev), 
Çaqqal (“Şəngülüm, Şüngülüm, Məngülüm” O.Zülfüqarov, R.Heydər),
 2-ci xidmətçi (“Milyonçunun dilənçi oğlu” S.Ələsgərov, Ş.Qurbanov),
Cəfər (”Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), 
Kameraman (“Şəhərdə manyak var” S.Fərəcov, Ə.Nesin),
Nadir (“Matəm marşı və yaxud gözünüz aydın” M.Məmmədov), 
Süpürgəçi (“Ər və arvad” Ü.Hacıbəyli),
Şex Salah (“Kimyagər”S.Kərimi,Ə.Ol),
Dayıoğlu  (“wwwFerzelikefcom” E.Sabitoğlu, C.Məmmədov),
Hambal (“O olmasın, bu olsun” Ü.Hacıbəyli), 
Kral Yubetr (“Yatmış gözəl və cırtdanlar” A.Sadıqov),
Qəbir qazan (“Toya bir gün qalmış” Ə.Səmədli),
Padşah (“999-cu gecə” F.Əmirovun musiqiləri əsasında), 
Şofer, Peyinsatan (“Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), 
Qədir (”Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc.D.Mustafayev) 
tamaşaçıların rəğbətini qazanmışdır. 

 Eyni zamanda "Nə gözəldir bu dünya...” (1999), "Əlavə təsir” (2010), "Yazıçı” (2013) kimi filmlərdə də çəkilmişdir.
Qeyd edək ki, Ağaxan Şərifov "Beş  manatlıq gəlin" (S.Rüstəmov, M.S.Ordubadi) tamaşasında da özünəməxsus obraz yaratmışdır, lakin pandemiya səbəbindən teatr bu səhnə əsərini  tamaşaçılarına  təqdim edə bilmədi.
 Neçə-neçə tamaşa üzərində aktyorun məşqləri yarımçıq qaldı...

Ağaxan Şərifov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Operativ24.az






Starxeber Bizi instagramda izləyin