11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Hadisə 30.12.2020 296

“Mən Azərbaycan əsgəri olub, ermənilərin tankın vuraram!” arzusu ilə böyüyən Nihad Əhmədov o günləri gördü.

“Mən Azərbaycan əsgəri olub, ermənilərin tankın vuraram!” arzusu ilə böyüyən Nihad Əhmədov o günləri gördü.

Astaranın Alaşa kəndi ərazi vahidliyinə daxil olan üç kənddən biridir. Kəndin 12 övladı şanlı Vətən Müharibəsinin qalibləri sırasında yer alaraq əbədiyyətə qovuşub.

Operativ24.Az   xəbər verir ki, “Report” onlardan biri, şəhid əsgər Nihad Fuad oğlu Əhmədovun doğulduğu evdə olub.

 Şəhid əsgər Nihad Əhmədov 20 yaşında idi. Uşaqlıq arzusu əsgər, hərbçi olmaq idi. Orta məktəbi əla qiymətlərlə bitirib, Bakı Rabitə və Nəqliyyat Kollecinə daxil olub. Bir il oxuduqdan sonra hərbi xidmətə gedib.

Anası Elnarə Əhmədovanın sözlərinə görə, Nihad hər zaman qəhrəmanlarımızın yolunu davam etdirmək istəyində olub. Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun düşmən üstünə getdiyi postda xidmət etməsi onu hərbə daha da bağlayıb.

Qəti qərara gəlib ki, müddətdən artıq hərbi xidmətdə qalacaq. Şəhid anası deyir ki, özünün qeydlər etdiyi dəftərləri vardı. Hansı dəftəri açırdın, görürdün, yazıb “İmam Hüseynin əsgəri olmaq istəyirəm, şəhid olmaq istəyirəm”.

Namaz qılan uşaq idi. Dinindən, namazından qalmazdı. Uşaq olanda helə hərbi forma geyinərdi. Ancaq həyətdə Azərbaycan əsgərinin marşını oxuyardı. Taxtalardan özünə o qədər silah düzəldərdi ki, qoyardı çiyninə, gəzərdi. Deyərdi, “Mən Azərbaycan əsgəri olaram. Erməninin tankını vuraram.O, vətənpər ruhda böyüyüb.”
İdmanla ciddi məşğul olan Nihad Əhmədov hərbi xidmətdən qayıtdıqdan az sonra sənədlərini hazırlayıb MAHHX - Müddətdən Artıq Həqiqi Hərbi Xidmətə yazılır. Beş ay xidmətdən sonra Vətən Müharibəsi başlayır.

Müharibənin ilk günündən qanlı döyüşlərdə qəhrəmanlıq göstərir. Həmlə taborunda qrantamyot, iri çaplı pulemyot atıcısı olub. Sərrast atışları ilə düşmən mövqelərini və hədəflərini yerlə bir edib.
“Məzuniyyətə gəlmişdi. Gedəndə gördüm, bloknotu vardı. Onun əşyalarına toxunulmasından xoşu gəlməzdi. Gördüm, stolun üstündədir, deyir Nihadın atası. Baxdım içində yazıb, “Ana, şəhid olsam, ağlama!”

Anasını çağırdım, dedim, bax, nə yazıb. Namazqılan uşaq idi. Məscidin axunduna demişdi, mən bayraqla qayıdaram. Ürəyinə dammışdı”.

Son dəfə ailəsi ilə telefonda oktyabrın 9-da danışıb. Şəhid Nihad Əhmədov Talış kəndinin, Murovdağ yüksəkliyinin düşməndən azad olunmasında qəhrəmancasına döyüşüb. Suqovuşanın alınması istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlib. Nihad Fuad oğlu Əhmədov şəhid olduqdan sonra “Vətən uğrunda medalı” ilə təltif edilib.

Bu igidlərimizin hər birinin Vətən uğrunda canları, qanları ilə yazdıqları hərb hekayələrini oxuyan yeni nəsillər böyüyəcək. Qalib Azərbaycanın əsgərləri olmaları ilə qürur duyacaqlar.






Starxeber Bizi instagramda izləyin